Qadin.NET / Kartof pirojnası (foto resept)

Kartof pirojnası (foto resept)

Kartof pirojnası (foto resept)

Tərkibi: 

300 qram peçenye

2/3 stəkan qatılaşdırılmış süd

100 qram "Wellington" kərə yağı

3 xörək qaşığı kakao tozu (1.5 x.q. xəmir üçün, 1.5 x.q. bəzək üçün)

Zövqə görə yerfındığı

Hazırlanması:

Peçenyeləri ət maşınından və ya blenderdən keçiririk ki, ovuntu halında olsun.

Kartof pirojnası (foto resept)

Böyük bir qabda qatılaşdırılmış südü, yumşaldılmış kərə yağını 1.5 xörək qaşığı kakaonu şokoladlı krem əmələ gələnə kimi qarışdırırıq.

Kartof pirojnası (foto resept)

Şokoladlı kremimizin üzərinə peçenye ovuntusunu töküb, yavaş-yavaş qarışdırırıq.

Kartof pirojnası (foto resept)

Xəmir halında gəldikdən sonra ilk öncə qaşıqla, daha sonra isə əlimizlə üzərinə basıb yastılayırıq.

Kartof pirojnası (foto resept)

Xəmiri 8 kiçik hissəyə ayırırıq. Əlimizlə kartof forması verib qalan 1.5 xörək qaşığı kakao tozuna batırırıq. Kakao az olarsa, əlavə edə bilərsiniz (batırmaq üçün).

Kartof pirojnası (foto resept)

Yerfındığını tavada qovurub, qabığını təmizləyirik. Kartofların üzərindən batırırsınız. 

Kartof pirojnası (foto resept)

Kartoflar əldə əriməsin və götürmək asan olsun deyə onları mətbəx kağızına aşağıdakı kimi yığıb soyuducuya qoyun.

Kartof pirojnası (foto resept)

Bir müddət keçdikdən sonra soyuducudan götürüb süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!nyam

(Tərcümə olunub)

13 mart 2014
GO BACK