Qadin.NET / Qozlu, kremli kürəciklər (foto resept)

Qozlu, kremli kürəciklər (foto resept)

Bu şirniyyat türk mətbəxinə aiddir. Xəmiri ekler pirojnasına bənzəyir, amma biz az fərqlidir, həm də ekler pirojnasını edəndə çox vaxt aldığımız şpris torbaları dözümlü olmur. Bunu hazırlamaq isə çox rahatdır və dadı da əla olur.

Xəmiri üçün:

1,5 st su

125 qram "Wellington" kərə yağı

4 ədəd yumurta

1,5 st un

Bir çimdik duz

Kremi üçün:

50 qram  "Wellington" kərə yağı

200 qram qatılaşdırılmış süd

Üzəri üçün:

0,5 st üyüdülmüş qoz

Şokolad

Hazırlanması: 

Əvvəlcə qazana duz, su və yağı töküb qaynadırıq. Sonra üzərinə unu ələyərək qazın üstündə qarışdırırıq ki, düyünlər əmələ gəlməsin.

Qozlu, kremli kürəciklər (foto resept)
Qırağa götürüb bir az da qarışdıraraq ilıq formaya salırıq. Xəmir ilıq olduqdan sonra yumurtaları bir-bir əlavə edib qarışdırırıq.
Qozlu, kremli kürəciklər (foto resept)

Əllərimizi duru yağla yağlayıb, qoz boyda kündə edib, elə ovcumuzun içində ortasından barmaqla deşik açırıq və fırladıb o biri tərəfini də yenidən deşib halqa formasına salırıq.

Qozlu, kremli kürəciklər (foto resept)
Bütün xəmiri eyni formada edirik və listə yığırıq, amma fikir vermək lazımdır ki, xəmir çox şişəcək və bir birinə yapışmasın. 200-250 dərəcədə bişməyə qoyuruq.
Qozlu, kremli kürəciklər (foto resept)
Bişən zaman kürəciklərin üzəri çəhrayı rəng olana kimi sobanın ağzını açmırıq. Bişib soyuduqdan sonra kremi şprislə kürəciklərin ortasına doldururuq.
Qozlu, kremli kürəciklər (foto resept)
Kremin üzərinə isə xırdalanmış qoz ləpəsi tökürük.
Qozlu, kremli kürəciklər (foto resept)
Hamısını etdikdən sonra istənilən ərinmiş şokoladla üzərinə xətlər çəkirik. 
Qozlu, kremli kürəciklər (foto resept)
Ağızda əriyən qozlu, kremli kürəciklərimiz hazırdır.
Qozlu, kremli kürəciklər (foto resept)
Nuş olsun!nyam
10 fevral 2014
GO BACK