Qadin.NET / Şokoladlı, fıstıqlı rulet (foto resept)

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Xəmir üçün:

1 x.q bal

300 ml su

1 ç.q quru maya

3 x.q duru yağ

0.5 ç.q duz

Təxminən yarım kq un 

İçlik üçün:

Yer fıstığı (miqdarı zövqə görədir)

5 x.q kakao

80 q şəkər tozu 

100 ml su

20 q marqarin
Üzəri üçün:

Duru yağ

Hazırlanması:

Bir az isti suda balı tam həll edirik. Təzə və ya xarlanmış bal ola bilər.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Üzərinə maya əlavə edib 10 dəqiqə saxlayın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

500 q buğda ununu ələyib üzərinə duz əlavə edin və qarışdırın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Ballı-mayalı qarışığı unun üzərinə tökün.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Xəmiri qarışdıra-qarışdıra üzərinə duru yağı da əlavə edin.
Şokoladlı, fıstıqlı rulet (foto resept)

Lazım olsa un bir qədər də əlavə edə bilərsiniz. Yoğurduğunuz xəmiri isti yerə qoyun ki, gəlsin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Qlazuru hazırlamaq üçün böyük olmayan bir qazana kakao və şəkər tozunu tökün.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Üzərinə su əlavə edib qarışdırın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Eyni kütlə alınana qədər orta istilikdə qarışdıra-qarışdıra bişirin. Qaynayanda marqarini çox da iri olmayan hissələrə bölüb bura əlavə edin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)
Qarışdıra-qarışdıra bir az da bişirin.
Şokoladlı, fıstıqlı rulet (foto resept)

Qlazur hazırdır. Yer fıstığını quru tavada qabığı çıxana qədər qovurun.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

İsti-isti qabıqlarını çıxarın. Sonra soyudun, blenderdə bir az xırdalayın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Xəmirin yaxşı köpməsini gözləyin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Peraşkidən bir az böyük kündələr tutun, yayın, üzərinə qlazur çəkin, sonra yer fıstığı səpin.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Rulet kimi bükün, qıraqlarını da bükün ki, qlazur listə axmasın. Listi duru yağ ilə yağlayın, ruletləri bir-birinə çox yaxın qoymayın.

Şokoladlı, fıstıqlı rulet (foto resept)

20 dəqiqə 200 dərəcədə bişirin. Hazır ruletlərin üzərinə bişəndən sonra bir az duru yağ çəkin. İstəsəniz kərə yağından istifadə edə bilərsiniz (Üzərinin qızarması üçün bişməzdən əvvəl də ruletlərin üzərinə duru yağ çəkə bilərsiniz).

Şokoladlı, fıstıqlı rulet (foto resept)

 

Şokoladlı, fıstıqlı rulet (foto resept)

Nuş olsun!nyam

(Tərcümə edilib)

24 fevral 2016
GO BACK