Qadin.NET / Naringili piroq (foto resept)

Naringili piroq (foto resept)

 Tərkibi:

Xəmir üçün:

220 qram un

150 qram kəsmik

4 xörək qaşığı duru yağ

1 ədəd yumurta

2 xörək qaşığı şəkər tozu

5 qram qabartma tozu

500 qram naringi

100 qram "Wellington" kərə yağı

1 ədəd limon

150 qram xama

İçlik üçün:

500 qram kəsmik

3 ədəd yumurta

100 qram şəkər tozu

5 qram qabartma tozu

Hazırlanması:

İlk öncə xəmiri hazırlayırıq.

1 ədəd yumurtanı 2 xörək qaşığı şəkər tozuyla çalırıq. 4 xörək qaşığı duru yağ və 150 qram kəsmik əlavə edib mikserlə yaxşıca çalırıq. Sonra ələnmiş unla 5 qram qabartma tozunu da əlavə edib xəmir yoğururuq.

 

Naringili piroq (foto resept)

 

Xəmiri sobada bişirmək üçün olan formalı qaba qoyub kənarlarını əlimizlə düzədib, üzərini falqa kağızı ilə örtürük.

 

Naringili piroq (foto resept)


İçliyimizi hazırlayana qədər soyuducuya qoyuruq.

 

Naringiləri qabığından təmizləyirik.

Naringili piroq (foto resept)
 

Naringiləri doğrayırıq, yarısını isə bəzəmək üçün saxlayırıq.

Naringili piroq (foto resept)

İçliyi hazırlamaq üçün 3 ədəd yumurtanı mikserlə çalırıq, 100 qram şəkər tozu əlavə edib yenə yaxşıca çalırıq.

Naringili piroq (foto resept)

Limonun qabığını sürtkəcdən keçiririk, suyunu isə sıxırıq. Sonra 1 çay qaşığı limon qabığının rəndəsini və 1 xörək qaşığı limon suyunu əlavə edib yenə mikserlə çalırıq.

Naringili piroq (foto resept)

Ardınca yumşaldılmış kərə yağını, xamanı, kəsmiyi və 5 qram qabartma tozunu da əlavə edib 2-3 dəqiqə yaxşıca mikserlə çalırıq. Doğranmış naringiləri də içliyimizin içinə tökürük. Soyuducudan xəmirimizi çıxarırıq, içliyi xəmirin üzərinə tökürük və qalan naringilərlə bəzəyirik, azca üzərindən basırıq ki,  naringilər içliyə yapışsın.

Naringili piroq (foto resept)

Naringili piroq (foto resept)

180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə ərzində bişiririk. Bişdikdən sonra formadan çıxarıb qoyuruq soyusun.

Naringili piroq (foto resept)

Soyuduqdan sonra doğrayırıq və üzərinə şəkər kirşanı səpirik.

Naringili piroq (foto resept)

Nuş olsun!

(Tərcümə olunub)

23 yanvar 2014
GO BACK