Qadin.NET / Fındıq əzməli şokoladlı keks (foto resept)

Fındıq əzməli şokoladlı keks (foto resept)

Tərkibi:

100 qram "Wellington" kərə yağı

100 qram acı şokolad

3 ədəd yumurta

50 qram un

5 qram qabartma tozu

50 qram şəkər kirşanı

İçlik üçün:

100-150 qram fındıq əzməsi

Hazırlanması:

Yumurtanı şəkər kirşanı ilə çırpın.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Şokolad və kərə yağını əridin.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Yumurtalı qarışığı az-az ərinmiş şokolad və yağın üzərinə tökürük.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Ələnmiş unu və qabartma tozunu da əlavə edib qarışdırırıq.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Hamar kütlə alınmalıdır.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Formalı qablara 1 xörək qaşığı kütlədən tökün.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Xəmirin ortasına 1 çay qaşığı fındıq əzməsindən qoyun.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Üzərinə yenidən 1 xörək qaşığı şokoladlı xəmirdən tökün.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Sobada 220 dərəcə istilikdə 7-10 dəqiqə bişirin.

Kekslər bişdikdən sonra formalı qablardan çıxarın, bir az soyusun, daha sonra üzərinə şəkər kirşanı səpin.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Keksimizi bölərkən gördüyümüz görünüş mükəmməldir.

Fındıq əzməli şokoladlı keks (foto resept)

Nuş olsun!

(Tərcümə olunub)

18 yanvar 2014
GO BACK