Tərkibi:
(4 porsiya üçün nəzərdə tutulmuşdur.)
100 qram acı şokolad
100 qram "Wellington" kərə yağı
2 ədəd yumurta
75 qram şəkər tozu
1 çay qaşığı vanil
50 qram un
Forma vermək üçün:
Kakao tozu
Üzərini bəzəmək üçün:
Şəkər kirşanı
Hazırlanması:
Şokoladı parçalara ayırırıq, kərə yağını doğrayırıq, bunları bir qaba qoyub bermari üsulu ilə (su hamamında) əridirik və bir kənara qoyuruq.
Yumurtanı toz şəkərlə və vanillə çırpırıq. Ardından un əlavə edib xəmir formasında yoğururuq.
Xəmiri ərinmiş şokoladla qarışdırırıq.
Forma qablarımızı yağlayırıq və kakao tozunu səpirik.
Şokoladlı xəmiri də formaya tökürük və 200 dərəcə sobada bişməyə qoyuruq. 10-15 dəqiqə bişməlidir.
Keksin kənarları bərk, ortası isə yumşaq olmalıdır.
Fontanları formadan çıxarıb boşqaba qoyuruq və üzərinə şəkər kirşanı səpirik.
Nuş olsun!
(tərcümə edilib)