Tərkibi:
3 ədəd yumurta
1 stəkandan bir az çox şəkər tozu
0.5 stəkan duru yağ
0.5 stəkandan az qoz
2 stəkan+1 yemək qaşığı un
1 paket qabartma tozu
1 paket vanil
1 paket krem şanti
1 stəkan süd
2 yemək qaşığı kokos
Hazırlanması:
Yumurtaları və şəkər tozunu mikserlə ağarana kimi çalın.
Duru yağı yavaş-yavaş əlavə edib mikserlə çalmağa davam edin.
Südlə çalınmış krem şantini əlavə edib taxta qaşıq ilə qarışdırın.
Unu vanil və qabartma tozu ilə birlikdə qarışığın üstünə ələyin.
Qoz və kokosu da (mən yaşıl rəngli kokosdan istifadə etdim) əlavə edib yenə taxta qaşıqla qarışdırın.
Yağlanılıb unlanmış keks qəlibinə töküb isidilmiş 170C dərəcəli sobada qabarıb qızarana qədər bişirin.
Bişdikdən sonra 10 dəqiqə gözləyib sonra qabdan çıxarıb üzərinə şəkər pudrası səpin.
Nuş olsun!