Əziz Qadın.Netlilər, Yeni il ərəfəsində uşaqlarınızı sevindirmək üçün müxtəlif reseptlər axtarışındasınız? Buyurun, belə bir maraqlı pirojnaya nə deyirsiz? Bunu övladlarınızla hazırlamaq daha əyləncəli olar! Çox da asan hazırlanır.
Tərkibi:
İstədiyiniz tərkibdə olan içliksiz kiçik kekslər.
Çiyələk (və ya su salmayan istənilən meyvə).
Bəzək üçün:
İstədiyiniz növ krem
Bəzək muncuqları
Hazırlanması:
Artıq hazır olan kekslərin yuxarı hissəsini düz etmək məqsədi ilə kəsirik.
Sonra, yuyulub qurudulmuş çiyələyin yaşıl hissəsini kəsirik.
Daha sonra istədiyimiz kremin (məsələn: qatılaşdırılmış süd və kərə yağından hazırlanmış krem) üzərinə yaşıl qida boyası əlavə edirik. Kremi belə ucluğu olan krem kisəsinə doldururuq.
Keksin otasına azca kremdən qoyub, çiyələyi də kremin üzərinə yerləşdiririk.
Kremlə küknar ağacına bənzər bəzək vururuq.
Muncuqlarla bəzəyi bitiririk.