Tərkibi:
Xəmiri üçün:
250 q "Wellington" kərə yağı
1 yemək qaşığı şəkər tozu
3 yemək qaşığı qatıq
1 paket qabartma tozu
4 su stəkanı un
İçlik üçün:
Yarım litr süd
Yarım su stəkanı un
1 ədəd yumurta
5 yemək qaşığı şəkər
50 q marqarin
Üzərinə pudra şəkəri
Hazırlanması:
Əvvəlcə kiçik bir qazana yarım litr südü qoyuruq.
İçinə 1 yumurtanı, 5 yemək qaşığı şəkər tozunu, yarım su stəkanı unu, 1 barmaq qalınlığında kəsdiyimiz marqarini (50 qr) qoyub qazın üzərində qarışdıra-qarışdıra bişiririk.
Dərin bir qaba 4 stəkan unu, 1 yemək qaşığı şəkər tozunu, 3 yemək qaşığı qatığı, 1 paket otaq istiliyində olan marqarini, qabartma tozunu qoyub xəmiri yoğururuq.
Xəmirdən iri qoz böyüklüyündə parça götürüb şəkildəki kimi yayırıq.
İçinə 1 yemək qaşığı içlikdən qoyub şəkərbura kimi bükürük..
Stolun üzərində əlimizlə düzəldib oval forma veririk.
Yağlanmış və ya yağlı kağız sərilmiş soba qabına qoyub 170 dərəcədə qızartmadan bişirmək lazımdır.
Soyuyan peçenyelərimizin üzərinə şəkər pudrasını səpirik.
Nuş olsun!
(Tərcümə edilib)