4 ədəd yumurta
1 st. şəkər
1 st. un
1 ç.q. soda və ya xəmir qabardıcı
3 x.q. bitki yağı
3 x.q. qaynanmış su
Yumurta ilə şəkər mikserlə ağarana qədər çırpılır.Başqa bir qabda una xəmir qabardıcı qoyulub yavaş-yavaş qarışdırılır və yumurtaya əlavə edilir.
Sonra yağ və qaynanmış su da əlavə olunur və qarışdırılaraq biskvit xəmiri halına gətirlir.Yağlanməş listə və ya yağlı bişirmə kağızına qoyularaq 180 dərəcədə 20-25 dəqiqə bişirilir.
Biskvit bişənə qədər krem hazırlanır. Otaq temperaurunda kərə yağı və squşonkadan krem çırpılır.
Soyumuş biskvitdən stəkanla dairələr kəsilir.
Əgər biskvit çox qalın alınıbsa, iplə 2 yerə bölünür.Arasına zövqə görə cem, mürəbbə,şokalad sosu və.s sürülür.
İkinci yarısı ilə üzəri örtülür.
Hər tərəfindən krem çəkilir.
Biskvit qırıntıları ilə bəzədilir.
Nuş olsun!