Tərkibi:
100 q "Wellington" kərə yağı və ya marqarin
100 q şəkər tozu
1 yumurta+2 yumurta sarısı
1 paket qabartma tozu
250-300 q un
2-3 armud (Bu tort üçün bərk armuddan istifadə etmək daha yaxşıdır. Armud yerinə alma, giləmeyvə istifadə edə bilərsiniz).
Beze üçün:
2 ədəd yumurta ağı
100 q şəkər tozu
Hazırlanması:
Xəmir üçün əvvəlcə şəkər tozu və yağ qarışdırılır.
Sonra yumurta və yumurta sarısı əlavə edilib yaxşıca qarışdırılır.
Daha sonra qabartma tozu və unu əlavə edib xəmir yoğururuq.
Armudun qabığını soyub doğrayırıq.
Soba üçün olan istiyə davamlı şüşə qabı götürüb xəmiri əlimizlə qab boyunca yayırıq.
Daha sonra doğradığımız armudları üzərinə düzürük.
Sonra 180 dərəcədə əvvəlcədən qızdırılmış sobada 25-30 dəqiqə bir az bişirib götürürük.
Piroqumuz soyuyanacan bezeni hazırlayırıq.
Sonda bezeni mətbəx şprisi vasitəsi ilə tortun üzərini bəzəyirik (əgər yoxdursa, plastik torba ilə də qoymaq olar) və 150 dərəcəlik sobaya qoyuruq, 15-20 dəqiqədən sonra götürürük.
Piroqumuz hazırdır.
Nuş olsun!
(Tərcümə olunub)