Qadin.NET / Kruasan-Fransa mətbəxindən (foto resept)

Kruasan-Fransa mətbəxindən (foto resept)

Tərkibi:

500 qr un

300 ml süd

2 ç.q quru maya

100-120 qr şəkər tozu

50 qr "Wellington" kərə yağı

Duz

200 qr "Wellington" kərə yağı (arasına)

1 ədəd yumurta (üzərinə çəkməyə)

Hazırlanması:

İsidilmiş südə maya, şəkər tozu və duz əlavə edib, həll edirik. Un və yumşaq yağ əlavə edərək xəmir yoğururuq

(xəmiri yaxşı yoğurmaq lazımdır).

Hazır xəmiri 15 dəqiqə otaq istiliyində 20 dəqiqə soyuducuda saxlamaq lazımdır.

Yağı sellefon arasında və ya adi lövhə üzərində yayıb 20 dəqiqə soyuducuda saxlayırıq.

Xəmiri soyuducudan çıxardıb un səpirik. Düzbucaq şəklində yayıb ortasına soyuducudan çıxarılmış yağı qoyuruq.

Məktub şəklində birləşdiririk.


Xəmiri dördbucaq şəklində yayırıq.

Şəkildəki kimi qatlayıb sellefona qoyub 30 dəqiqə soyuducuda saxlayırıq.

Yenidən soyuducudan götürüb dördbucaq şəklində yayırıq. Qatlayıb soyuducuya daha  30 dəqiqəlik qoyuruq.

Hazır xəmiri yayıb üçbucaq şəklində kəsirik (şəkildəki kimi).

Hər üçbucağı gördüyünüz kimi azca kəsib bururuq.

 

Gördüyünüz kimi alınır.

Zövqünüzə uyğun şokolad dilimi, qaynadılmış qatılaşdırılmış süd, meyvə dilimi, cem də qoyub bura bilərsiz. 
Və ya xəmiri şəkər tozu vurmadan hazırlayıb, çəkilmiş ət, kolbasa, vetçina da qoya bilərsiz.
Yəni istəyə uyğun hazırlamaq olar.
 

 Bir-birindən aralı şəkildə yağlı kağız üzərinə yığırıq. Otaq istiliyində 1 saat saxlayırıq (üzərinə sellefon çəkin ki, qurumasın).

Listə yığıb, üzərinə yumurta çəkib, 180-200 dərəcədə hazır olana qədər sobada bişiririk.

Fransa mətbəxindən hazırladığımız kruasanlar hazırdır.

 

Nuş olsun!

                                                                               (Tərcümə edilib)

 

Əziz xanımlarımız, video görüntü olaraq da izləyə bilərsiniz .

Hazırlayıb nuş edin  nyam

30 yanvar 2014
GO BACK