Qadin.NET / "Kit-Kat"lı brauni (foto resept)

"Kit-Kat"lı brauni (foto resept)

Tərkibi:

4 ədəd yumurta

2 st. şəkər tozu

100qr. "Wellington" kərə yağı

1 st. duru yağ

1 st. süd

5 x.q. kakao

Vanel

Qabartma tozu

2 st. un

İçi üçün:

4 ədəd yekə "Kit-Kat" (balaca olarsa 22 ədəd)

Hazırlanması:

Əvvəla yumurta ilə şəkəri 10 dəqiqə çalırıq. Sonra kakaonu əlavə edib yenidən çalırıq.

Yağları əlavə edib 10 dəqiqə yenə çalırıq, südü də əlavə edirik.

Sonda qabartma, vanel və unu qarışdırıb həmin qarışığa əlavə edirik və qarışdırırıq.

Listi yağlayırıq, hazır xəmirmizi listə tökürük və şokoladları üzərinə qoyuruq.

180 dərəcə qızdırılmış sobada bişririk.

Braunimiz hazırdır.

Nuş olsun!
22 noyabr 2013
GO BACK