Qadin.NET / Cemli burma (foto resept)

Cemli burma (foto resept)

Tərkibi:

500 qr. un

200-250 qr. "Wellington" kərə yağı

150 qr. xama

İçlik:

İstənilən cem və ya qatı mürəbbə suyu.

Üzərinə:

Şəkər pudrası

Hazırlanması:

Un yağla ovuntu olana qədər ovulur.

 

Xama əlavə edilir və xəmir yoğrulur.

 

Xəmir sellofana bükülüb 1 saat soyuducuda saxlanılır. Xəmiri soyuducudan çıxarıb, 4 yerə ayırıb, un səpib yayırıq və kvadrat şəklinə kəsirik.

Üzərinə cem və ya mürəbbə qoyub bururuq (mürəbbə qatı olsa yaxşıdır). Qıraqların bərkitmək lazımdır ki, bişəndə açılmasın.

 

 

 

Listə kağız sərib, üzərinə burmaları şəkildəki kimi yığırıq. 180-200 dərəcədə, hazır olana qədər sobada bişiririk.

Hazır burmaların üzərinə şəkər pudrası səpirik.

Burmamız hazırdır .

Nuş olsun!

                                                                                                          (tərcümə edilib)

30 dekabr 2013
GO BACK