Qadin.NET / Cemli rulet (foto resept)

Cemli rulet (foto resept)


Tərkibi:

5 ədəd yumurta

100 qr un

100 qr şəkər tozu

Vanil

Keks kağızı

Arası üçün:

1 st cem

3 x.q.bal və ya mürəbbə məti

2 x.q. su.

Üzəri üçün:

3 x.q kakao

1 st.süd

1 x.q.un.

Hazırlanması:
 
DİQQƏT:yumurtalar mütləq otaq temperaturunda olmalıdır. İlk öncə yumurtanın ağı sarısından ayrılır.Sarısını bir qabda çalırıq.
 
 
Ağını isə başqa bir qabda çalırıq.Ağını tam köpüklənənə kimi çalırıq,qabı ağzı aşağı tutduğumuz halda yumurtanın ağı tərpənməməlidir.
 
 
Sonra yumurtanın sarısına şəkər tozu və vanil əlavə edib yenə çalırıq.
 
 
Şəkər tozu əridikdən sonra isə unu əlavə edib çalırıq və məhlul hazırdır.
 
 
İndi isə yumurtanın ağını sarıya əlavə edib,yavaş-yavaş qarışdırırıq ki,ağın köpü yatmasın.
 
 
Listin içinə kağız sərilir və yağlanır.
 
 
Hazır olan məhlulu kağızın üzərinə tökürük və hər tərəfə yayırıq.180 dərəcədə 15-20 dəqiqə bişiririk.
 
 
Bişdikdən sonra listi təmiz bir çay dəsmalının üzərinə çevirib,kağızı çıxarıb tez rulet formasında bükürük və bir kənara qoyuruq.
 
 
 
İndi isə bala su əlavə edib şərbət hazırlayırıq.
 
 
Üzəri üçün isə süd,kakao,un birlikdə qarışdırılır və bişirilir.
 
 
İndi isə bükdüyümüz ruleti açırıq,və arasına hazırladığımız şərbəti qaşıq yardımı ilə hər tərəfinə tökürük.
 
 
Sonra isə cem çəkilir və yenidən bükülür.
 
 
Ən sonda isə üzərinə şokolad qlazuru töküb,bir az saxladıqdan sonra dilimləyib süfrəyə veririk.
 
Nuş olsun.smile
11 dekabr 2010
GO BACK