Qadin.NET / Kremli şaftalı piroqu (foto resept)

Kremli şaftalı piroqu (foto resept)

Tərkibi:

150 q "Wellington" kərə yağı

100 q şəkər tozu

35 q kakao

200 q un

2 ədəd yumurta sarısı

1 paket vanil 

1 çimdik duz

Krem üçün:

1 litr süd

3 xörək qaşığı un

3 xörək qaşığı nişasta

200 q şəkər tozu

1 paket vanel 

200 q qaymaq 

Üzəri üçün:  

Konservləşdirilmiş şaftalı

Hazırlanması:

Xəmir üçün lazım olan bütün ərzaqları qarışdırıb xəmir yoğururuq. Sonra xəmiri yağlanmış tavaya əlinizin köməyi ilə şəkildəki kimi yayırıq.

Kremli şaftalı piroqu (foto resept)

Xəmirin üzərini çəngəllə deşirik. 

Kremli şaftalı piroqu (foto resept)

Sonra 170 dərəcədə bişiririk. 

Kremli şaftalı piroqu (foto resept)

Kremini hazırlamaq üçün qaymaqdan başqa bütün ərzaqları qarışdırıb bişiririk, soyuduqdan sonra qaymağı qatıb qarışdırırıq. Sonra  soyumuş piroqun üzərinə əlavə edirik.

Kremli şaftalı piroqu (foto resept)

Şaftalıları kremin üstündən düzürük.

Kremli şaftalı piroqu (foto resept)

Şaftalılı piroqumuz hazırdır.

Kremli şaftalı piroqu (foto resept)

Nuş olsun!

(Tərcümə  edilib)

2 noyabr 2013
GO BACK