Qadin.NET / Şokoladlı ləziz rulet (foto resept)

Şokoladlı ləziz rulet (foto resept)

Lazım olan ərzaqlar:
4 ədəd yumurta
0,5 çay qaşığı limon suyu 
100 qr un 
Bir çimdik duz
 50 qr qara şokolad
150 qr şəkər pudrası 
1 stəkan hazır qəhvə
Krem üçün:
2 xörək qaşığı şəkər pudrası
20 ml likör  (vacib deyil)
400 qr xama 
1 çay qaşığı üyüdülmüş qəhvə (tez həll olan qəhvə də ola bilər, mütləq deyil üyüdülmüş qəhvə olsun)
200 qr qara şokolad 
Bəzəmək üçün:
Kakao
Hazırlanması:

Əvvəlcə kremi hazırlamaq üçün xamanı azca qızdırırıq (qaynara düşməsin). Oddan götürürük, şokoladı, qəhvəni, şəkər tozunu xamanın üzərinə əlavə edirik. Birlikdə qarışdırırıq 10-15 dəqiqə. Otaq temperaturunda soyumağa qoyuruq, soyuducuda qalsa daha yaxşı olar, təxminən 1,5-2 saat. Krem azca donmalıdır.

Şokoladlı ləziz rulet (foto resept)

Şokoladlı ləziz rulet (foto resept)
Biskviti hazırlamaq üçün yumurtanı, şəkər tozunu, unu, şokoladı, duzu, bir də limon suyunu götürürük.
Şokoladı gördüyümüz kimi əridirik (qazın üzərində vam odda).
Şokoladlı ləziz rulet (foto resept)
Yumurtanın sarısını ağından ayırırıq və şəkər tozuyla mikserlə çalırıq, üzərinə limon suyunu bir də duzu əlavə edirik.
Yumurtanı mikserlə çalarkən azca əyib dinlədin, əgər alınan kütlədən fışıltı səsi gəlirsə, deməli hələ hazır deyil, tam hazır olana qədər çalmaq lazımdır, sonda yumurtanın sarılarını da əlavə edib yenidən çalırıq.
Şokoladlı ləziz rulet (foto resept)
Daha sonra unu əlavə edirik. Xəmirin yaxşı olması üçün unu az-az əlavə edirik.
Əritdiyimiz şokoladı əlavə edirik bura, yaxşıca qarışdırırıq ki, içində  hava qalmasın (hava olarsa, üzərində xırda köpüklər olur).
Şokoladlı ləziz rulet (foto resept)
Tavaya perqament kağız səririk və xəmiri səliqə ilə, hər tərəfi eyni olmaqla tavaya əlavə edirik. Qabaqcadan 170 dərəcə isidilmiş sobada təxminən 15 dəqiqə bişiririk.
Şokoladlı ləziz rulet (foto resept)
Çalışın biskviti qurutmayın, bişməsini yoxlamaq üçün kibrit çöpünü biskvitə batırın, əgər çöpdə xəmir qalmadısa, deməli hazırdır. Biskvit hazır olduqdan sonra onu tavadan perqament kağızla birgə çıxarıb isti-isti rulet formasında bükmək lazımdır.
Şokoladlı ləziz rulet (foto resept)
Rulet soyuyana qədər kremi soyuducudan çıxarırıq, yenidən mikserlə çalırıq. Soyumuş ruleti açırıq, qəhvənu onun hər tərəfinə tökürük, daha sonra kremləyirik.
Şokoladlı ləziz rulet (foto resept)
Kremlədikdən sonra yenidən folqaya bükürük və soyuducuda 1 saat saxlayırıq.
Şokoladlı ləziz rulet (foto resept)
 1 saatdan sonra folqadan açıb üzərinə də krem sürtürük, sonra kakao səpirik.
Ruletimiz hazırdır.
Şokoladlı ləziz rulet (foto resept)
Nuş olsun!
(Tərcümə edilib)
19 oktyabr 2013
GO BACK