Tərkibi:
1 st. su
1 st. un
125 q "Wellington" kərə yağı
3 yumurta
Krem üçün:
2.5 st. süd
3 x.q. un
1.5 st şəkər tozu
1 yumurta
Vanil
Üzəri üçün:
1 ədəd plitka şokolad
Hazırlanması:
Bir qabda su və yağı ocaqda qaynadın. Daha sonra 1 st unu əlavə edərək yaxşıca qarışdırın. 2-3 dəqiqə tez-tez qarışdıraraq bişirin. Ocağı söndürün və 5-10 dəqiqə xəmirin soyumasını gözləyin. Soyuduqdan sonra yumurtaları 1-1 xəmirə əlavə edin. Yumurtaları yaxşıca xəmirə qarışdırdıqdan sonra yapışqan bir xəmir alınacaq. Amma xəmirin qabarması üçün yaxşıca qarışdırmalısınız. Yumurtaları da əlavə etdikdən sonra xəmiri 10 dəqiqə dinləndirin.
Yağlanmış listə şəkildə gördüyünüz ölçüdə xəmirləri qaşıqla düzün.
Daha sonra 180 dərəcədə üzəri qızarana qədər bişirin. Bişdikdən sonra soyumasını gözləyin və siz kreminizi hazırlayın. Krem üçün lazım olanları mikserlə çalıb ocaqda bişirin. Sonra kremi soyudun.
Bişən xəmirləri iki yerə bölün və içlərinə krem doldurun.
Sonda isə şokoladı əridib kürəciklərin üzərinə tökün.
Nuş olsun!