Qadin.NET / Almalı keks (foto resept)

Almalı keks (foto resept)

Tərkibi:

200 qr şəkər

5 ədəd yumurta

200 qr un

500 qr alma

Hazırlanması:

Yumurtanı şəkərlə çalırıq (ən azı 5-7 dəqiqə).

Unu əlavə edib qarışdırırıq.

Sonra almanı kiçik dilimlərə bölürük, özəyini çıxardırıq, qabığını soyuruq.

Keksi bişirəcəyimiz qaba yağ sürtürük. Sonra qabın dibinə hazırladığımız xəmirdən bir az tökürük.

Daha sonra almanın yarısını tökürük.

Üstünə yenə xəmirdən tökürük.

Sonra almanın qalanını əlavə edirik.

Qalan xəmiri də əlavə edib, 180 dərəcədə sobaya qoyub, 40-60 dəqiqə (ölçüsündən asılı olaraq) bişirilir. Bu müddət ərzində sobanın qapısı açılmır.

Almalı keksimiz hazırdır.

Göstərilən tərkiblə 6-8 porsiya alınır.
Nuş olsun!nyam 
(Tərcümə olunub)
17 sentyabr 2013
GO BACK