Tərkibi
Xəmiri üçün:
200 qr peçenye
100 ml su
100 qr şəkər tozu
2 x.q. kakao
İçlik üçün:
80 qr kokos
80 qr "Wellington" kərə yağı
80 qr şəkər kirşanı
Hazırlanması:
Öncə qazana su, şəkər tozu, kakao tökülüb qaynamağa qoyulur.
Peçenyelər ovulub qaba tökülür. Qaynatdığımız qarışıq az-az tökülüb yaxşıca qarışdırılır, xəmir halına salınır. Hamısını birdən tökmək olmaz, çünki çox sıyıq alına bilər.
İçlik üçün başqa bir qabda kokos, şəkər kirşanı və yağ yaxşıca qarışdırılır.
Xəmir yağlı kağız üzərinə 1 sm qalınlığında yayılır.
Üzərinə içlik yayılır.
Rulet formasında bükülür. 1 saat soyuducuda saxlandıqdan sonra kağızı çıxarılır, doğranıb servis edilir.
Nuş olsun!