Tərkibi:
5 st. un
250 qr yumşalmış "Welligton" kərə yağı
3 ədəd yumurtanın sarısı
1 paket vanil
250 q xama
1 paket qabartma tozu
1 çimdik duz
İçi üçün:
5 ədəd yumurtanın ağı
1 st. şəkər tozu
2 st. doğranmış qoz
1 st. damla şokolad
Üzəri üçün:
2 ədəd yumurtanın sarısı
Qoz
Hazırlanması:
Unla yağı ovuruq, sonra qabartma tozu, vanil, yumurta və xamanı qatıb xəmir yoğururuq.
Xəmiri 2 kündəyə bölürük.
Kündəyə un töküb yayırıq və 1-ci qatını listin içinə qoyuruq .
İçini hazırlamaq üçün yumurtanın ağını mikserlə çalırıq, sonra şəkər tozunu əlavə edib qatı beze olana kimi yenidən çalırıq. Doğranmış qoz və damla şokoladı da bezenin üzərinə əlavə edib qarışdırırıq.
Hazır bezeni xəmirin üzərinə yayırıq. 2-ci kündəni də yayıb bezenin üzərindən qoyuruq, qıraqlarını listin içinə əlimizlə basırıq.
Üzərini romb şəklində kəsirik (elə kəsmək lazımdır ki, altdakı 1-ci qat kəsilməsin), yumurta sarısı vururuq, hər rombun üzərinə qoz qoyuruq.
180-200 dərəcədə bişiririk.
Damla şokoladlı paxlavamız hazırdır.
Nuş olsun!