Tərkibi:
4 st. un
1 st. qatıq
20 q limon suyu
250 q "Wellington" kərə yağı
0.5 ç.q. soda
İçlik:
5 ədəd alma
1 st kişmiş
1 st qoz
4 x.q. şəkər tozu
Vanil
Hazırlanması:
İlk öncə sodanı qatıqda həll edirik.
Daha sonra bir qaba qatığı, limon suyunu əlavə edirik.
Üzərinə sürtkəcdən keçirilmiş yağı da əlavə edirik.
Unu əlavə edib yoğururuq və 20 dəqiqə kənarda saxlayırıq.
Daha sonra almaları sürkəcdən keçiririk.
Üzərinə şəkər tozu və vanil əlavə edib qarışdırırıq.
Suyu çəkilənə qədər ocaqda bişiririk.
Alma soyuduqdan sonra üzərinə doğranmış qoz və kişmiş əlavə edirik.
Kənarda gözlədilən xəmiri 5 hissəyə bölürük.
Kündələri 0.5 sm qalınlığında yayıb hissələrə bölürük.
İçliyi böldüyümüz hissələrə qoyub bükürük. Listə düzüb 180 dərəcədə əvvəlcədən isidilmiş sobada bişiririk.
Almalı bükməmiz hazırdır.
Nuş olsun!!!