Qadin.NET / Qozlu çörək (foto resept)

Qozlu çörək (foto resept)

 Tərkibi:

1 st süd

1 st qatıq

1 st  "Zeytun Bağları" zeytun yağı 

1 ədəd yumurta

2 x.q. qaşığı maya

1 ç.q. duz

4,5 -5 st un

İçlik üçün:

1 st şəkər tozu

2 st qoz

Hazırlanması:

Xəmirin tərkibində olan ərzaqları qarışdırıb xəmiri hazırlayın.Üstünü örtüb,bir saat gözləyin.Hazır xəmiri 6 kündəyə bölün.

Qozlu çörək (foto resept)
Kündələrin hər birini yayıb,içliyi üzərinə sürtərək üst-üstə qoyun.

Qozlu çörək (foto resept)

Sonra alınmış məmulatı içəri doğru qatlayaraq,üstünə də içlik sürtün.

Qozlu çörək (foto resept)
Xəmiri şəkildəki kimi qatlayın.

Qozlu çörək (foto resept)

Hazırladığınız kündəni 20 dəq. saxladıqdan sonra yayıb, 6 və ya 7 hissəyə bölün.

Qozlu çörək (foto resept)

Bölünmüş hissələri ehmalca burun,üzərini əridilmiş kərə yağı və zeytun yağı qarışığı sürtün.

Qozlu çörək (foto resept)

Şəkildə gördüyünüz qaydada buraraq isidlmiş sobada bişirin.

Qozlu çörək (foto resept)

Nuş olsun!

22 iyul 2013
GO BACK