Qadin.NET / Gül qurabiyəsi (foto resept)

Gül qurabiyəsi (foto resept)

Gül qurabiyəsi (foto resept)

Tərkibi:

350 q Wellington kərə yağı

1 ədəd yumurta ağı

1 st şəkər tozu

0.5 st süd

300 q müxtəlif meyvə cemi (mən çiyələk cemindən istifadə etmişəm)

3 st un

Vanil

1 çimdik duz

Hazırlanması:

Əvvəlcə Wellington kərə yağını otaq temperaturunda yumşaldırıq, üzərinə 1 st şəkər tozunu əlavə edib mikserlə çalırıq.

Gül qurabiyəsi (foto resept)

Qarışığın üzərinə 1 yumurtanın ağını əlavə edib yenidən mikserlə çalırıq, yarım stəkan ilıq südü də qarışığa qatıb 1 paket vanil əlavə edərək çalırıq.

Gül qurabiyəsi (foto resept)

 

Gül qurabiyəsi (foto resept)

 

Gül qurabiyəsi (foto resept)

Sonda unu ələkdən 2 dəfə keçirib alınmış kütlənin üzərinə az-az tökərək qaşıqla qarışdırırıq.

Gül qurabiyəsi (foto resept)

 

Gül qurabiyəsi (foto resept)

Əvvəlcədən qızdırılmış soba listinə kalka kağızı səririk. Hazır olmuş kütləni bəzək şprisinə doldurub iri başlıqlı gül forması şəklinə salırıq. 

Gül qurabiyəsi (foto resept)

 

Gül qurabiyəsi (foto resept)

 

Gül qurabiyəsi (foto resept)

Xəmiri sıxırıq, ortasına cem qoyub sobada 150 dərəcədə azca qızardılmış şəkildə 15 dəqiqə bişiririk. 

Gül qurabiyəsi (foto resept)
Nuş olsun!
22 iyun 2013
GO BACK