Qadin.NET / Damla şokoladlı keks (foto resept)

Damla şokoladlı keks (foto resept)

Tərkibi:

4 ədəd yumurta

1 st. şəkər tozu

1 st. duru yağ

1 st. süd

1 st. damla şokalad

1 portağal (həm suyu, həm qabığı)

Vanil

1 paket qabartma tozu

Apardığı qədər un

Hazırlanması:

İlk öncə yumurta və şəkəri mikserlə çoxlu çalın, sonra yağ və südü əlavə edib yenə də çalın.


Portağalın qabığını sürtkəcdən keçiririk, suyunu da sıxıb hər ikisini həmin qarışığa əlavə edirik.
 1 st. damla şokaladı da əlavə edirik.
 Un, qabartma və vanili də əlavə edib qarışdırırıq.

İstənilən formalı keks qabına yağ sürtüb, alınan qarışığı ora əlavə edirik.

180 dərəcəlik sobada 20 dəqiqə bişiririk, sonra dərəcəsini 160-a endiririk.

Damla şokoladlı keksimiz hazırdır.


Nuş olsun!nyam

11 dekabr 2013
GO BACK