Qadin.NET / Üç rəng keks (foto resept)

Üç rəng keks (foto resept)

Tərkibi:

3 ədəd yumurta

1 st. şəkər pudrası

1 st. un

125 qr yağ

1-2 x.q xaş-xaş

1-2 x.q kakao

1-2 x.q istənilən rəng kakos

1 ç.q qabartma tozu

2-3 x.q bitki yağı

Vanel

Hazırlanması:

Yumuşalmış yağ şəkər pudrası ilə çalınır, üzərinə yumurta sarısı bir-bir əlavə edilərək çalınır. Un, qabartma tozu, bitki yağı əlavə edilib qarışdırılır.

Yumurta ağı çalınaraq beze halına gətirilir, xəmirə əlavə edilib ehmalca qarışdırılır və üç hissəyə bölünür.

Birinci hissəyə xaş-xaş, ikinci hissəyə kakao, üçüncü hissəyə kakos qatılaraq qarışdırılır.

 

 

 

 


Forma yağlanılır birinci xaş-xaşlı, ikinci kakaolu, üçüncü kakoslu xəmir şəkildəki kimi formaya əlavə edilir.

 

 

180 dərəcədə, hazır olana qədər sobada bişirilir. Hazır keksin üzərinə şəkər pudrası səpilir.

Nuş olsun!
 ( tərcümə edilib ) 
4 avqust 2013
GO BACK