Tərkibi:
2.5 st un
2 st şəkər tozu
2 paçka qabartma tozu
4 x.q kakao
2 ədəd yumurta
1 st süd
1/2 st duru yağ
1 st qaynar su
Kəsmikli xəmir üçün:
250 q kəsmik
1 ədəd yumurta
50 q kokos
50 q şəkər tozu
2 x.q un
Qeyd: Tərkib 20-22 sm diametrlik forma üçün nəzərdə tutulub.
Hazırlanması:
Əvvəlcə kəsmikli xəmiri hazırlayırıq.
Kəsmiyi çəngəllə əzib yumşaldırıq, daha sonra üzərinə yumurta, kokos, şəkər tozu və unu əlavə edib, yaxşıca qarışdırırıq.
Yaş əllə kəsmikli xəmirdən kiçik kürəciklər düzəldib listə düzürük.
Bir qaba unu, şəkər tozunu, kakaonu və qabartma tozunu əlavə edib qarışdırırıq.
Başqa qabda iki yumurtanı mikserlə təxminən 3 dəqiqə çalırıq.
Daha sonra duru yağı əlavə edib mikserlə qarışdırmağa davam edirik.
Quru qarışığın 1/3 hissəsini əlavə edib qarışdırırıq.
Südün 1/3 hissəsini əlavə edib qarışdırmağa davam edirik. Və beləcə sona qədər davam edirik.
Sonda qaynar suyu əlavə edib son dəfə mikserlə yaxşı çalırıq.
Duru xəmir alınır.
Şokoladlı xəmiri listə düzdüyümüz kəsmikli kürələrin üzərinə tökürük.
180 dərəcə öncədən isidilmiş sobada 30-35 dəqiqə bişiririk. Bişəndən sonra üzərinə şokoladı əridib tokürük. Piroqumuz hazırdır.
Nuş olsun!