Tərkibi:
3 st.un
1 ç.q. maya
1 st. süd
1 armudu st. şəkər tozu
2 x.q. "Wellington" kərə yağı
1 çimdik duz
İçlik üçün:
1 st. blendrdən keçirilmiş badam
1 ç.q. darçın
2 x.q. şəkər tozu
1 ədəd yumurta ağı
Süd
Arası üçün:
2 x.q. "Wellington" kərə yağı
Üzəri üçün:
Yumurta sarısı
Hazırlanması:
Ərzaqların hamısını qarışdırıb xəmir yoğururuq və mayalanmağa qoyuruq.
Badamı blendrdən keçiririk. Üzərinə yumurta ağını, şəkər tozunu, darçını və bir az süd əlavə edib qarışdırırıq.
Xəmiri yayırıq, sonra arasına kərə yağı sürtürük, sonra hazır içlikdən də üzərinə çəkirik, qırağına çəkmirik ki, qıraqları yaxşı yapışsın.
Sonra rulet kimi bükürük. Listə kalka kağızı səririk. Hazır ruleti kalka kağızının üzərinə qoyuruq və iki ucunu bir-birinə yapışdırırıq.
2 barmaq enliyində kəsirik, üzərinə yumurta sarısı vururuq.
180 dərəcəli sobada bişiririk.
"Günəş" şirniyyatımız hazırdır.
Nuş olsun!