Qadin.NET / Nişastalı paxlava (foto resept)

Nişastalı paxlava (foto resept)

Tərkibi:

1 ədəd yumurta
1 stəkan qatıq
1 stəkan duru yağ
1 paket qabartma tozu
300 q qoz ləpəsi (bütöv)
1 paket vanil
3 stəkan un
1 stəkan "Wellington" kərə yağı
 
 Şərbəti üçün:
1.5 stəkan şəkər tozu
0,5 stəkan su
 
Hazırlanması: 
Bir qaba unu töküb ortasını oyuq kimi edirik, yumurtanı, vanili, qabartma tozunu, qatığı, duru yağı əlavə edib xəmir yoğururuq. Əgər xəmir lap sıyıq kimidirsə, 3-4 xörək qaşıq un əlavə etmək olar.


 

 

 

Xəmiri yoğurub 10 kündəyə bölürük.

 Kündələri kartof nişastası ilə açırıq. Yuxalar nazik olmalıdır. Yuxaları yaydıqca aralarına nişasta səpib üst-üstə yığmaq lazımdır. Xəmir çox yumşaq və yağlı olduğundan çətin yayıla bilər.

10 kündəni yayıb qurtardıqdan sonra üst-üstə yığılmış yuxaların üzərindən yüngülcə yaymaq lazımdır ki, yuxalar bir birinə yapışsın.

Aralarındakı məsafə 5 sm olmaqla yuxaları kəsmək lazımdır.

Belə dördbucaq şəklində kəsilməlidir.

Təmizlənmiş qoz ləpəsini şəkildəki kimi yerləşdirib bükürsünüz.


 

 

 

Bükülmüş xəmir listə sıx-sıx düzülür.

1 stəkan əridilmiş kərə yağını paxlavanın üzərinə gəzdirib 250 dərəcədə bişməyə qoyuruq.

1.5 stəkan şəkər tozuna yarım stəkan su toküb şərbət hazırlayırıq.

Əvvəlcədən hazırladığımız şərbəti sobadan çıxmış paxlavaların üzərinə töküb, şərbəti özünə çəkməsini gözləyirik.

 

Nişastalı paxlavalar hazırdır.

Nuş olsun!

4 may 2013
GO BACK