Qadin.NET / Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Tərkibi: 

2 stəkan un

100 qr. "Wellington" kərə yağı

1 ədəd yumurta

200 q kəsmik

0.5 stəkan şəkər tozu

1 xörək qaşığı xama

1 çay qaşığı soda (1 xörək qaşığı sirkədə söndürülmüş)

Kremi üçün: 

200 q kəsmik

0.5 stəkan şəkər tozu

2 ədəd yumurta

2 xörək qaşığı xama

İçlik üçün:

1 banka konservləşdirilmiş ananas

Hazırlanması:

Əvvəlcə yumurta, xama, kəsmik, şəkər tozu və yumşalmış kərə yağı hamısı birlikdə çalınır. Mikserlə (ya blendrdə) etsəniz bütün ərzaqların hamısını bir yerdə çala bilərsiniz. Əgər əlinizlə edəcəksinizsə, öncə yumurtanı şəkər tozu, kəsmik və xama ilə qarışdırıb sonra yağı əlavə edin.

 Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Sodanı sirkədə söndürüb tez qarışığa əlavə edirik.

 Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Unu sonda əlavə edib əllə qarışdırın, bu zaman xəmir yumşaq olar. 30 dəqiqə xəmiri soyuducuda saxlayın.

 Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Xəmir soyuducuda ikən kremi hazırlayaq: krem üçün olan bütün ərzaqları mikserdə yaxşı çalırıq. Sonra kremi də soyuducuya qoya bilərsiniz.

 Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

 Xəmiri soyuducudan çıxarın. Əlinizi una batıraraq xəmiri soba üçün olan xüsusi gül formasına (başqa forma da ola bilər) yayın.

 Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

 Doğranmış ananasların suyunu süzürük və xəmirin üzərinə düzürük.

  Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Ananasın üzərinə kəsmikli kremi  əlavə edib 180 dərəcəli sobaya qoyun. Sobadan asılı olaraq 40-50 dəqiqə bişirin.

Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Piroqu öz qabında soyudun. Yaxşı olar ki, soyuyandan sonra onu 4 saat soyuducuda saxlayasınız, amma soyuyandan sonra da kəsib yeyə bilərsiniz.

 Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

İstəsəniz daha dadlı olmaq üçün piroqun üzərinə  mürəbbə suyu da əlavə edə bilərsiniz.

Ananaslı-kəsmikli gül piroqu (foto-resept)

Nuş olsun!

(Tərcümə edilib) 

25 may 2013
GO BACK