Tərkibi:
500 q təzə və ya dondurulmuş tumsuz albalı
170 q "Wellington" kərə yağı(yumşaq formada)
3 ədəd yumurta
170 q şəkər pudrası
170 q un
vanil
Hazırlanması:
Kərə yağını şəkər pudrasının yarısıyla qarışdırıb ora vanil və yumurtanın sarısını əlavə edirik.
Yumurtanın ağlarını isə bərkiyənə qədər qalan şəkər pudrasıyla birgə mikserlə çalırıq.
Ehtiyatla yumurtanın sarısıyla ağını bir-birinə qataraq, üzərinə ələnmiş unu əlavə edib yavaşca qarışdırırıq.
Soba üçün olan qabı yağlayıb xəmiri ora əlavə edirik, üzərinə albalıları düzürük.
180 dərəcədə 30 dəqiqə bişiririk. Hazır piroqun üzərinə şəkər pudrası səpirik.
Nuş olsun!
(tərcümə edilib)