Qadin.NET / Şokoladlı, kokoslu yüngül keks (foto resept)

Şokoladlı, kokoslu yüngül keks (foto resept)

Tərkibi:
  60 q kakao

400 q süd

1 paket qabartma tozu

200 q un

150 q şəkər tozu

100 q  şokolad

20 q kokos

 Hazırlanması:

Quru ərzaqları qarışdırırıq: kakao, un, şəkər tozu, qabartma tozu.

Üzərinə süd əlavə edib yenidən qarışdırırıq (süd isti olmalıdır, soyuq yox).

 Xəmiri yaxşı qarışdırırıq.

 Sobanın listini yağlayıb xəmiri ora əlavə edirik. Qabın diametri 24 sm-dir.

180 dərəcədə 35 dəqiqə bişiririk.

Keks soyuyandan sonra su vannasında şokoladı yarım xörək qaşığı duru yağ ilə əridirik.

Qlazuru həmin dəqiqə keksin üzərinə yayırıq. Kokosu da sonda zövqə görə əlavə edə bilərsiz.

(Tərcümə edilib)
18 iyun 2013
GO BACK