Tərkibi:
2 yumurta
1 armudu st. zeytun yağı
1 armudu st. qatıq
Qabartma tozu
2.5-3 st.un (aparana qədər)
1 çimdik duz
2 x.q.kakao
İçi üçün:
qoz, badam, fındıq ləpəsi
Şəkər tozu
Vanil
Hil
Üzərinə:
Əridilmiş kərə yağı 1.5 st
1 yumurta
Yaşıl kokos
Şərbəti üçün:
1.5 st.şəkər tozu
1 st.su
yarım limon
Hazırlanması:
Ərzaqlar qarışdırılıb xəmir yoğurulur, acıması üçün yarım saat saxlanılır.
Sonra hazır xəmir 10-12 kündəyə bölünür. Hər kündə yayılaraq arasına 2 xörək qaşığı içlik tökülür, rulet kimi bükülür və şəkildəki qaydada tavaya yığılır.
Sonra kvadrat formasında kəsilib, üzərinə yumurta sürtülür,yağ əridib üzərinə tökülür və 180 dərəcə isidilmiş sobada bişirilir.
Şərbət qaynadılır. Paxlava bişdikdən sonra şərbət paxlavanın üzərinə tökülür və gözəl görünüş vermək üçün üzərinə yaşıl kokos tökülür.
Kakaolu türk paxlavamız hazırdır.
Nuş olsun!