Qadin.NET / Darçınlı bulkalar (foto resept)

Darçınlı bulkalar (foto resept)

Tərkibi:
250 ml. süd 
1st. şəkər tozu
Yarım st. bitki yağı
Bir çimdik "Azərduz" yodlu narın xörək duzu
2 ədəd yumurta
Yarım çay qaşığı sarıkök
10 qr.maya
Apardığı qədər un
Arası üçün:
Darçın
Bitki yağı.
Üzəri üçün:
Yumurta sarısı
4 x.q. şəkər pudrası
2x.q. süd və ya su.
Hazırlanması:
Süd, maya, yumurta, yağ, şəkər tozu, duz, sarıkök birlikdə qarışdırılır. Un əlavə edilir, yumşaq xəmir yoğrulur. Bir neçə saatlıq mayalanması üçün kənarda saxlanılır.
Budur, xəmir artıq hazırdır.

Xəmiri iki hissəyə bölüb düzbucaqlı formasında yayırıq.

Sonra üzərini bitki yağı ilə yağlayıb hər tərəfinə darçın səpirik.


Sonra şəkildə gördüyümüz formada uzununa kəsirik.

Şəkildə gördüyümüz formada, yəni rulet kimi bükürük.

 

 

 

Hazır bulkaları yağlanmış listə yığıb ən azı bir saat saxlayırıq ki, bulkalar şişsin. Bir saatdan sonra yumurta çəkib 200 dərəcədə 15-20 dəqiqə bişiririk.

Bulkalar bişənə kimi şəkər pudrasına vanel, süd və ya su əlavə edib vam odda əridib tez götürürük.

Bulkalar bişdikdən sonra isti-isti üzərinə əridilmiş şəkər pudrası çəkirik.

Budur, darçınlı bulkalarımız hazırdır.

Nuş olsun!


1 aprel 2013
GO BACK