Qadin.NET / Qozlu kətə (foto resept)

Qozlu kətə (foto resept)

Əzız xanımlar, bu resept sevimli müğənnimiz L-Naranın aparıcılıq etdiyi "Süfrəmiz" verilişindən götürülüb.  Televiziya ilə verlişi canlı izləyə bilməyən ziyarətçilərimiz, Qadın.Net sayəsində bütün verilişlərə videoyazı şəklində baxa bilərsiniz.
Tərkibi:
300 qr.şəkər tozu
300 qr.xama
150 qr yumşalmış kərə yağı
Yarım stəkan bitki yağı
4 ədəd yumurta
Vanel
1 ç.q.soda

Üzəri üçün:
 Yumurta sarısı
Çörəkotu

İçlik üçün:
400 qr üyüdülmüş qoz
300 qr şəkər tozu
Hil

Hazırlanması:
İlk öncə yağlar, xama, yumurta,şəkər tozu,vanel,soda hamısı birlikdə qarışdırılır.

 

Sonra az-az un əlavə edilib yumşaq xəmir yoğrulur.

 

Hazır xəmir kündələrə ayrılır və düzbucaqlı şəklində yayılır.

Arasına ləpə səpilir və bir kənardan yuxa rulet kimi oxlova bükülür. Daha sonra oxlovu yavaşca yuxanın arasından çəkib çıxarırıq.

İstədiyimiz formada kəsib listə yığırıq.

Üzərinə yumurta sarısı çəkib çörəkotu çəkirik.

200 dərəcədə tez-tez baxmaq şərti ilə 15-20 dəqiqə bişirilir.Budur, artıq qozlu kətələrimiz hazırdır.

Nuş olsun!

20 mart 2013
GO BACK