Un 1 kg
Yağ 500 gr
Yumurta 5 sarısı
Xama (smetan) 250 gr
Qoz ya da fındıq - əvvəldən təmizlənmiş, qovrulmuş sürtgəcli maşından keçirilib 1/1.ə nisbətində şəkərlə qarışdırılmış - 600 gr
Hil
Unu yağla döyün qum zərrəsi alınanadək (kiç olmamalıdır), sonra xama, yumurta sarısını əlavə edərək xəmiri yığın.
Xəmiri soyuqa qoyun, səhər bişirməyə başlayın. Xəmir soyuducuda saxlanılır, bir-bir soyuducudan çıxarılır. Xəmiri 60 gr kündələrə bölün (50 d). Kündələr 10-12 sm diametrlik dairələrə yayılır (təxminən kofe üçün kiçik nəlbəkidək). Mən təxminən gözü yarı edirəm. Bu dairələrin arasına iç qoyulub, dairəni qıraqları bir-biriylə bərk yapışdırılır və kanar tərəfdən vintvarı bükülür.
Sonra şəkərburanın üzərinə maqqaşla müxtəlif naxışlar vurulur. Bu naxış milli azərbaycan naxışıdır və cinahi adlanır.
165 derecede 20-30 dəsisə bişirin.
Nuş olsun!