Qadin.NET / İtalyan üsulu çiyələkli keks (foto resept)

İtalyan üsulu çiyələkli keks (foto resept)

İtalyan üsulu çiyələkli keks (foto resept)

Tərkibi:
1,5 stəkan un
1 paket qabartma tozu
1 çay qaşığı duz
1 çay qaşığı darçın
6 yemək qaşığı "Wellington" kərə yağı (yumşadılmış)

3/4 stəkan şəkər
2 ədəd yumurta
2 yemək qaşığı süd
Yarım kilo qədər  təmizlənmiş, yuyulmuş, ikiyə bölünmüş çiyələk

Hazırlanması:

İlk öncə 0,5 kq. çiyələyi təmizləyin və yaxşıca yuyun.

İtalyan üsulu çiyələkli keks (foto resept)

Sobanı 175 dərəcədə qızdırın. 1,5 stəkan un, 1 çay qaşığı duz, 1 paket qabartma tozu, 1 çay qaşığı darçını bir qabda qarışdırın. Daha sonra 6 yemək qaşığı  kərə yağı və 3/4 stəkan şəkəri ayrı bir qabda çırpın. Yumurtaları tək-tək qırın və çırpın. Südü əlavə edin və yaxşıca çırpın.

Sonra içinə un qarışığını əlavə edin və hamar bir hal alana qədər qarışdırın.
Yumru keks bişirmək üçün olan qabın içinə keks xəmirini tökün. Qabı yağlamağı unutmayın.

İtalyan üsulu çiyələkli keks (foto resept)

 

İtalyan üsulu çiyələkli keks (foto resept)

Bölünmüş çiyələkləri keks xəmirinin üzərinə düzərək yüngülcə basın.

İtalyan üsulu çiyələkli keks (foto resept)

Təxminən 30 dəqiqə sobada bişirin.

İtalyan üsulu çiyələkli keks (foto resept)

Üzərinə şəkər kirşanı səpin  və isti-isti yeyin.

İtalyan üsulu çiyələkli keks (foto resept)

Nuş olsun!

(Tərcümə edilib)

26 iyun 2013
GO BACK