Qadin.NET / "Kokostar" keksləri (şəkər xəstələri üçün)

"Kokostar" keksləri (şəkər xəstələri üçün)

Tərkibi:

4 ədəd yumurta

150 qr şəkər xəstələrinin istifadə etdiyi şəkər

1 st.duru yağ

1 st.qatıq

3 x.q. kako

1 ç.q. zəncəfil

Vanil

Qabartma tozu

2 st. dəyirman unu (artıq da ola bilər)

İçi üçün:

1.5 st. kokos

50 qr. şəkər xəstələrin istifadə etdiyi şəkər

2 ədəd yumurtanın ağı

1 portağalın qabığı və suyu

Üzəri üçün:

Kokos

Hazırlanması:

Əvvəlcə şəkər və yumurtanı mikserlə çalırıq. Sonra yağ və qatığı da töküb yenə mikserlə çalırıq. Kakaonu da qatıb mikserlə çalırıq. Sonra un, qabartma, zəncəfil və vanili qarışdırıb həmən qarışığa əlavə edib qarışdırırıq.



İçi hazırlamaq üçün yumurtanın ağını çalırıq. Portağalın suyunu və qabığını sürtkəcdən keçirib qarışığın üzərinə tökürük. Şəkər və kokosu da buraya əlavə edib, yenidən qarışdırırıq.

Balaca keks qablarına yağlı kağız qoyuruq. 1 x.q. xəmirdən tökürük, üstündən 1 ç.q.  içlikdən qoyuruq. Sonra yenə 1 x.q. xəmirdən üzərinə töküb bir keksi tamamlayırıq. Beləcə, digər keksləri də hazırlayırıq.


Hazır keksləri listə yığıb üzərinə kokos səpirik və 200 dərəcəli sobada bişiririk.


Kokostar keksimiz hazırdır.

Nuş olsun!

20 may 2013
GO BACK