Tərkibi:
2 ədəd yumurta
5 st. un
0,5 st. çürümüş süd
4 x.q kərə yağı
6 ç.q şəkər tozu
2 ç.q konyak (olmasa da olar)
0,5 ç.q vanilli şəkər və ya vanil
1,5 ç.q maya
0,5 ç.q duz
Arasına:
5-6 x.q kərə yağı
5-6 x.q şəkər tozu
Üzəri üçün:
Şəkər pudrası
Hazırlanması:
Un, isti su, çürümüş süd, maya, yumurta, duz, şəkər tozu, vanilli şəkər,
yumuşaldılmış yağ, konyak əlavə edilib xəmir yoğrulur və gəlməyə qoyulur. Gəlmiş xəmiri yenidən yoğurub təkrar gəlməyə qoyulur.
( konyak bulkaların bir neçə gün yumuşaq qalması üçündür).
Hazır xəmiri yayıb lentlər kəsilir.
Lentlər zolaq-zolaq kəsilir, üzərinə yumşalmış kərə yağı çəkilib şəkər tozu səpilir.
Burularaq gül forması verilir, listə düzüb 160-180 dərəcədə hazır olana qədər sobada bişirilir.
Qızıl gül bulkalarının üzərinə şəkər pudrası səpilir.
Nuş olsun!
(tərcümə edilib)