Qadin.NET / Fransızsayağı armud piroqu (foto resept)

Fransızsayağı armud piroqu (foto resept)

Tərkibi

Xəmiri üçün:

6 x. q un

2 x. q  şəkər tozu

120 qr kərə yağı (dondurulmuş)

1 ədəd  yumurta

İçlik üçün:

3-4 ədəd armud

4 x. q şəkər tozu (armud üçün) + 4-5 x. q (içlik üçün)

300 ml su

120 qr. "Wellington" kərə yağı

2 ədəd yumurta

1/2 x. q un

200 qr badam (yarısı xəmirə gedəcək)

1 x. q  sirkə

3 x. q limon suyu

Hazırlanması:

Əvvəl armudu ortadan bölüb, təmizləyirik (armudu alma, heyva ilə də  əvəz etmək olar).

Fransızsayağı armud piroqu (foto resept)

Badamı təmizləyirik. Üzərinə isti su töküb, 10 dəqiqə saxlayırıq. Sonra suyunu boşaldıb, yenidən isti su töküb soyumağa qoyuruq.

Soyuduqdan sonra elə suyun içindəcə təmizləyirik.

Fransızsayağı armud piroqu (foto resept)

Armudu bir qaba qoyub, üzərinə limon şirəsi, 4 x.q. şəkər tozu və su əlavə edib, 15 dəqiqə qaynadırıq.

Fransızsayağı armud piroqu (foto resept)

 

Fransızsayağı armud piroqu (foto resept)

Badamı ya blenderdə, ya da ət maşınından çəkib xırdalayırıq.

Fransızsayağı armud piroqu (foto resept)

 

Fransızsayağı armud piroqu (foto resept)

Daha sonra xəmirin hazırlanmasına keçirik. Bunun üçün üyüdulmuş badamın yarısına 6 qaşıq un, 2 x.q. şəkər tozu və 120 qr dondurulmuş yağı sürtkəcdən keçirib, xəmirimizə əlavə edirik. Yumurta əlavə edərək (bu prosesi uzatmadan) xəmiri bıçaqla döyəcləyib, 30 dəqiqəlik  soyuducuya qoyuruq.

Fransızsayağı armud piroqu (foto resept)

İçlik üçün 2 yumurtaya 4-5 x.q şəkər tozu  və 120 qr yumşaldılmış kərə yağı əlavə edib qarışdırırıq. Yerdə qalan hissəyə çəkilmiş  badam, yarım x. q un və 1 x. q sirkə əlavə edib, yenidən yaxşıca çalırıq.

Fransızsayağı armud piroqu (foto resept)

 

Fransızsayağı armud piroqu (foto resept)

Xəmiri yayıb yağlanmış tavaya yerləşdiririk və üzərinə krem töküb armudları düzürük (armudun şirəsini  saxlayırıq). 40 dəqiqəliyə 200 dərəcədə qızdırılmış sobaya qoyuruq.

Fransızsayağı armud piroqu (foto resept)

Piroqun üzəri qızardıqdan sonra armudun qalan şirəsini fırça ilə piroqun üzərinə çəkirik. 1-2 dəqiqə sobada saxlayıb götürürük.

Fransızsayağı armud piroqu (foto resept)

Piroqumuz hazırdır.

Fransızsayağı armud piroqu (foto resept)

Nuş olsun!

Fransızsayağı armud piroqu (foto resept)

 

(tərcümə edilib)

 


11 aprel 2013
GO BACK