Tərkibi:
3 ədəd yumurta
1 st şəkər tozu
3 st un
10 x.q duru yağ
Qabartma tozu (soda+sirkə)
Vanil
Limon suya (az miqdarda)
Kişmiş
Ərik qurusu
Albalı
Yer fındığı
Hazırlanması:
Yumurta və şəkər tozunu çalırıq.
Duru yağ və un əlavə edib, qarışdırmağa davam edirik.
Daha sonra vanil, qabartma tozu və az miqdarda limon suyu əlavə edib çalırıq. Albalının çəyirdəyi çıxarılır, kişmiş və ərik qurusu yuyulub xırda doğranılır.
Qarışığı şəkildə gördüyünüz kimi listə əlavə edirik.
180-200 dərəcədə bişiririk.
Keksimiz bişdikdən sonra, üzərinə qlazur (adi qayda ilə hazırlanmış qlazur) əlavə edirik. Zövqə görə üzərinə qoz, fındıq əlavə etmək olar. Mən yer fındığı əlavə etdim.
Nuş olsun !