Çakçak milli tatar mətbəxinə aiddir. Bir neçə cür tərkibi vardır. Bu gun sizə iki variantda xəmir təqdim edirik, amma hazırlanma qaydası eynidir.
Variant 1
3 stəkan un
3 ədəd yumurta
1 x. q, şəkər tozu
1 x. q, xama
1/2 ç. q, soda
"Azərduz" yodlu narın xörək duzu
Variant 2
5 ədəd yumurta
500 qram un
1 x.q konyak (sirkə ilə əvəz etmək olar)
Vanil
Şərbət üçün:
1 stəkan bal
Yarım stəkan şəkər tozu
Bişirmək üçün:
700 ml duru yağ
Hazırlanması:
Konyak, ya da sirkə əlavə edirik.
Alınan kütləyə unun 2/3 hissəsini az-az əlavə edib qarışdırırıq.
Yerdə qalan unu da əlavə edib yumşaq, ələ yapışmayan bir xəmir yoğururuq və üstünü örtürük.
Bir az keçdikdən sonra xəmirdən az-az götürüb (yumurta boyda) əllə açırıq.
Qalın tavaya yağ əlavə edib hazırladığımızı tavaya əlavə edirik.
Qeyd edim ki, xəmir bişdikdə qızılı-sarı qəngdə olmalıdır, qəhvəyi rəngdə olana qədər bişirmək olmaz.
Yağdan götürdükdən sonra kağız dəsmala qoymaq lazımdır ki, yağını götürsün.
Hamısı bişəndən sonra şərbəti hazırlayırıq. Balı bir qaba töküb vam oda qoyuruq, qarışdıra-qarışdıra şəkər tozu əlavə edirik.Şəkəri əridikdən sonra götürüb soyumağa qoyuruq.
Şərbəti hazır bişmiş xəmirimizə əlavə edib yaxşıca qarışdırırıq (zövqə görə qoz və ya badam da əlavə etmək olar) və yaş əllə bir boşqaba qoyub forma veririk.
Tatar çakçakımız hazırdır.
Nuş olsun!
(tərcümə edilib)