Qadin.NET / Şəkər xəstələri üçün maffinlər (foto resept)

Şəkər xəstələri üçün maffinlər (foto resept)

Tərkibi:

4 ədəd yumurta

1 stəkandan 2 barmaq əskik şəkər xəstələri üçün olan şəkər tozu

1 st. duru yağ

1 st. qatıq və ya süd

1 paket vanil

1 paket qabartma tozu

1 ç.q. darçın

3 st. dəyirman unu

Kişmiş

Hazırlanmsı:

Əvvəlcə yumurta və şəkəri mikserlə çalırıq, sonra südlə yağı qatıb yenidən mikserlə çalırıq.

Un, vanil, qabartma tozu və darçını qarışdırıb həmin qarışığa əlavə edib qarışdırırıq (unu mikserlə çalmaq olmaz, yoxsa şişməz). Kişmişi də əlavə edib qarışdırırıq.

Keks qablarına yağlı kağızlardan qoyuruq və hər qabın içinə 1 x.q. dolu hazır xəmirdən tökürük.

Öncədən qızdırılmış 200 dərəcəlik sobada 15-20 dəqiqə bişirib, sonra sobanı söndürürük. 5 dəqiqə qalsın, daha yumşaq və gözəl olur.

 

 

Maffinlərmiz hazırdır.

Nuş olsun!

30 iyun 2013
GO BACK