Qadin.NET / Portağallı mini kekslər (foto resept)

Portağallı mini kekslər (foto resept)

 

Tərkibi:

1 ədəd portağal 

150 qr. "Wellington" kərə yağı

3 ədəd yumurta

200-250 qram un

2 çay qaşığı vanil

1 çay qaşığı soda

150 qram şəkər tozu 

1çay qaşığı sirkə

Hazırlanması: 

Portağalın qabığı sürtgəcdən keçirilir.

Və portağalın suyu sıxılır.

Yağ, şəkər tozu və vanil qarışdırılır.

Sonra yumurta əlavə edılib yenidən qarışdırılır.

Qarışığa portağalın qabığı və suyu əlavə edilir.

Un və soda tökülüb qarışdırılır.

Xəmir yağlanmış formaya tökülür, sobada 180 dərəcədə 20-25 dəqiqə ərzində bişirilir.

 

Nuş olsun!

( Tərcümə edilib)

1 may 2013
GO BACK