Qadin.NET / "Xrizantem" bulkaları (foto-resept)

"Xrizantem" bulkaları (foto-resept)

Tərkibi:

2 ədəd yumurta

200 qram kərə yağı

4 x.q şəkər tozu

150 qram xama

1 stəkan süd

2 çay qaşıığı maya

"Azərduz" yodlu narın xörək duzu

Apardığı qədər un


Hazırlanması:

 Yumurtanı, şəkər tozunu, yağı, xamanı bir qaba töküb yaxşıca qarışdırırıq daha sonra ilıq südü, mayanı, duzu əlavə edib bir də qarışdırırıq sonra apardığı qədər un töküb yumşaq, ələ yapışmayan xəmir yoğururuq.

Xəmir gələndən sonra işimizə başlayırıq.

Xəmirdən balaca-balaca kündə edirik və əlimizlə açırıq.

"Xrizantem" bulkaları (foto-resept)
Xəmirimizi bururuq.
Və qayçı ilə kənarlarını kəsirik.
Alınan güllərin üzərinə şəkər tozu səpirik
"Xrizantem" bulkaları (foto-resept)
Əvvəlcədən yağlanmış tavaya qoyuruq.
180 dərəcədə qızdırılmış sobaya qoyuruq, qızılı rəng alana kimi bişiririk.
Xrizantem bulkalarımız hazırdır.

Nuş olsun!
(tərcümə edilib)
8 fevral 2013
GO BACK