Tərkibi:
2 ədəd yumurta
120 qr yağ (otaq temperaturunda)
1.5 st şəkər tozu
100 qr xama
1 ədəd limonun suyu
2 st kokos
1 st tumsuz albalı
1 st süd
1.5 st un
1 ç.q qabartma tozu
Hazırlanması:
Əvvəlcə albalını süd, yarım st şəkər və 1 ç.q yağda yarım saat isladırıq.
Yağı şəkərlə çırpıb,üzərinə yumurtaları,xama və limon suyunu töküb mikserlə yaxçıca qarışdırırıq.
Alınan məhlulun üzərinə un,kokos və qabartma tozunu töküb yenidən çalırıq.
Formamıza kağız sərib,məhlulu tökürük.
İslağa qoyduğumuz albalını da səliqə ilə üzərinə əlavə edirik.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada hazır olanadək bişiririk.
Nuş olsun!
(tərcümə edilib)