Qadin.NET / Almalı şarlotta (foto-resept)

Almalı şarlotta (foto-resept)

 Tərkibi:

4 ədəd yumurta

 1,5 st şəkər tozu

150 qr kərə yağı

50 qr xama və ya qatıq

300 qr un

2 ədəd vanel

1 ədəd qabartma tozu

200 qr xırdalanmış qoz ləpəsi

4-5 ədəd orta turşməzə alma

1 ədəd jelatin


Hazırlanması:

Əvvəlcə almalarımızın qabığını soyub içini təmizləyirik.
Sonra almaları dilim-dilim doğrayıb hazır qoyuruq.

Qozu da təmizləyib çox xırda olmayan hissəciklərə xırdalayırıq.

 

 

 Daha sonra xəmirimizi hazırlamağa başlayırıq. Yumurtaları yaxşıça çırpırıq.

Şəkər tozunu əlavə edib yenə yaxşıca çırpırıq.

 Daha sonra yumşalmış kərə yağını əlavə edib yenə çırpırıq.

Əvvəl xamanı,

daha sonra isə iki dəfə ələnmiş una vanel və qabartma tozunu qarışdırıb kütləyə əlavə edirik.

Tavaya kalka kağızı yerləşdirib yağlayırıq.

Doğranmış almaları səliqə ilə tavaya yığırıq.

Daha sonra qozu əlavə edirik.

Sonra kütləni əlavə edib 250 dərəcədə bişiririk.

Bişmiş şarlottanı tərs üzündən qoyuruq, yəni almalar üstdə olmalıdır.

Üstü üçün əlimizdə olan bəzəkdən istifadə edirik. Mən kənarları üçün şanti kremdən, üstünə isə jelatinlə xirdalanmış şokaladdan istifadə etdim.

Almalı şarlottamız hazırdır.

Nuş olsun!  

16 fevral 2013
GO BACK