Tərkibi:
4 ədəd yumurta
2 st şəkər tozu
1 st "Zeytun Bağları" zeytun yağı
1 st süd
2 st qarğıdalı unu
2 st un
Qabartma tozu
Vanil
1 st sarı və qara kişmiş
Üzərinə:
Pudra şəkəri
Hazırlanması:
Əvvəlcə yumurtanı şəkər tozu ilə ağarana kimi çalırıq. Sonra duru yağı və südü əlavə edib, yenidən çalırıq. Qarğıdalı ununu, adi unu və kişmişi də əlavə edib qarışdırırıq. Keks qabını yağlayıb hazırladığımız kütləni əlavə edirik. 180 dərəcədə isidilmiş sobaya qoyuruq, 20 dəqiqə keçdikdən sonra dərəcəni 160-a endirmək lazımdır.
İçi tam bişəndən sonra sobadan çıxardıb üzərinə pudra şəkəri səpirik.
Keksimiz hazırdır.
Nuş olsun!