Qadin.NET / Şəkərli simit (foto resept)

Şəkərli simit (foto resept)

Tərkibi:

200 qr. "Wellington" kərə yağı

1.5 st. şəkər pudrası

3 ədəd yumurta (1-nin ağı üzəri üçün götürülür)

2.x.q. qatıq

1 ədəd limonun qabığı - sürtgəcdən keçirilmiş

1 paçka vanil

1 paçka qabartma tozu

2 x.q.limon suyu

1 st. un

3 st. dəyirman unu

Üzərinə:

Yumurtanın ağı

Küncüt

Hazırlanması:

Yağla un ovulur.Sonra qalan ərzaqlar əlavə edilib xəmir yoğrulur.Xəmir çox yumşaq olsa bir az un əlavə etmək olar.


Xəmirdən bir az əlinizə götürüb uzun çubuq forması verin,sonra uclarını birləşdirin. Hazırladığınız formaya öncə yumurta ağı çəkin, daha sonra küncüt səpin.180 dərəcə qızdırılmış sobada üzəri qızarana qədər bişirin.




Şəkərli simitimiz hazırdır.

 

Nuş olsun!

7 aprel 2013
GO BACK