Qadin.NET / Vulkan külçəsi (foto resept)

Vulkan külçəsi (foto resept)

Sevimli xanımlar! Bizim zonamızda bu külçəni üyüdülmüş qənddən hazırladıqları üçün adına "Qəndi külçə" deyirlər.Əsasən Novruz bayramı ərəfəsində bütün süfrələrin bəzəyi olur.Ümumiyyətlə, müxtəlif adları var: vulkanı çox olanda "Vulkan", olmayanda "Partlama" da deyirlər.

Tərkibi:

200 qr "Wellington" əridilmiş kərə yağı

200 qr şəkər tozu (varsa, üyüdülmüş qənd tozu)

300-350 qr un

Azca maya

Xəmir üçün:

200 qr "Wellington" kərə yağı

200 qr şəkər tozu

2 ədəd yumurta

250 qr xama

Apardığı qədər un

Vanil

Qabartma tozu

Hazırlanması:

Əvvəlcə içliyi hazırlayaq: bunun üçün yağa şəkəri töküb əlimizlə əridək. 

Vulkan külçəsi (foto resept)

Şəkər əriyəndən sonra mayanı və unu tökə-tökə yaxşıca ovuruq. Şəkildəki kimi kütlə alınır. 

Vulkan külçəsi (foto resept)

Un nə qədər çox olsa, vulkan o qədər çox olacaq laughing Qoyuruq bir qırağa.

Xəmir üçün lazım olan bütün ərzaqları qarışdırıb xəmir yoğururuq. 

Vulkan külçəsi (foto resept)

Vulkan külçəsi (foto resept)

Xəmirdən balaca kündələr tuturuq. Kündələri açırıq, hazır içlikdən yumrulayaraq içinə qoyub bükürük və kündəni çeviririk. 

Vulkan külçəsi (foto resept)

Üzərinə diş çöpü ilə naxış vurub, bıçaqla çərtirik. 

Vulkan külçəsi (foto resept)

Yumurta sarısı çəkib 170 dərəcədə bişiririk. 

Vulkan külçəsi (foto resept)

 

Vulkan külçəsi (foto resept)
Nuş olsun!
16 aprel 2013
GO BACK